"Naxçıvan” Beynəlxalq Hava Limanı AZAL-ın tabeliyindən çıxarılır - QƏRAR

"Naxçıvan” Beynəlxalq Hava Limanı AZAL-ın tabeliyindən çıxarılır - QƏRAR Baş nazir Əli əsədov “Naxçıvan” Beynəlxalq Hava Limanının Naxçıvan MuxtarRespublikası Nazirlər Kabinetinin tabeliyinə verilməsi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Re
İnfrastruktur
23 İyun , 2021 18:23
Naxçıvan” Beynəlxalq Hava Limanı AZAL-ın tabeliyindən çıxarılır - QƏRAR
0 : 00
0 : 00

“Naxçıvan” Beynəlxalq Hava Limanının Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilməsi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edilib.

"Report"un xəbərinə görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Dəyişikliyə əsasən, "Naxçıvan” Beynəlxalq Hava Limanı "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyindən çıxarılaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilib.

Qərar 2021-ci ilin iyulun 1-dən qüvvəyə minəcək.

Son xəbərlər

Orphus sistemi