İsmayıllıdakı Aşıqbayramlı su anbarı yenidən qurulub

İsmayıllıdakı Aşıqbayramlı su anbarı yenidən qurulub "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin tabeliyində olan Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsi İsmayıllı rayonu ərazisində, bu ilin iyun ayında tikinti-bərpasına başlanılan Aşıqbayramlı su anbarın
İnfrastruktur
15 dekabr 2021 12:08
İsmayıllıdakı Aşıqbayramlı su anbarı yenidən qurulub

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin tabeliyində olan Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsi İsmayıllı rayonu ərazisində, bu ilin iyun ayında tikinti-bərpasına başlanılan Aşıqbayramlı su anbarında işləri artıq yekunlaşdırıb.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, bərpa işlərinə qədər anbarın su tutumu 3.5 milyon kubmetr olub. Görülən işlər nəticəsində anbarda su tutumu artırılıb, anbarın görkəmi tamamilə dəyişdirilib. Ətraf ərazilər üçün əhəmiyyətli sayılan su anbarının giriş hissəsində qapı və şlaqbaum qoyulub, kənar müdaxilələrdən mühafizəsi üçün ətrafı çəpərlənib və yoluna asfalt örtüyü çəkilib. Anbarın ərazisində isə gecə işıqlandırılmasını təmin etmək üçün işıq dirəkləri quraşdırılıb.

Aşıqbayramlı Su Anbarında suyun həcmi çoxaldıqdan sonra ətrafda yerləşən 5 kəndin su təminatı demək olar ki, tamamilə ödənəcək. Eyni zamanda anbarın aşağı hissəsində olan 1 000 hektara yaxın əkin sahəsinin fasiləsiz su ilə təminatı da həyata keçiriləcək ki, artıq növbəti mövsümdən bu mümkün olacaq.

Göyçay rayonunda yerləşən Yekəxana su anbarı da Aşıqbayramlı su anbarından qidalanır ki, əsasən də suvarma mövsümündə hər iki anbarın suyu ilə əkin sahələrinin suvarılması asanlaşır.

Son xəbərlər

Orphus sistemi