Azad edilmiş ərazilərdə quruculuq və abadlıq işləri uğurla həyata keçirilir

Azad edilmiş ərazilərdə quruculuq və abadlıq işləri uğurla həyata keçirilir İşğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işləri uğurla həyata keçirilir. Hazırda Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikinti işləri sürətlə aparılır.
İnfrastruktur
28 İyun , 2022 06:46
Azad edilmiş ərazilərdə quruculuq və abadlıq işləri uğurla həyata keçirilir

İşğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işləri uğurla həyata keçirilir. Hazırda Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikinti işləri sürətlə aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin layihələr üzrə mühəndisi Əyyub Hüseynov “Report”a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq işğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları ərazisində yol infratsrukturunun yenidən inşası işləri sürətlə davam etdirilir:

“Hazırda Toğanalı-Kəlbəcər-istisu və Kəlbəcər-Laçın avtomobil yolunun inşası işləri aparılır. 56 kilometr uzunluğunda olan Toğanalı-Kəlbəcər avtomobil yolu I və II texniki dərəcəli standartların tələblərinə uyğun olaraq inşa edilir. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Murovdağ tunelindən əlavə, daha üç tunelin inşası nəzərdə tutulur. Uzunluğu 542, eni 12 metr olan birinci və uzunluğu 607 metr olan ikinci tuneldə tikinti işlərinə başlanılıb.

Artıq birinci tuneldə üst qatda qazma işləri icra olunaraq tuneldaxili hərəkət təmin edilib. İkinci tuneldə isə üst qatda qazma işləri tamamlanmaq üzrədir”.

Tikintisi 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun ərazisindən keçir. Buna görə də yol rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış olub.

Xatırladaq ki, bir qrup yerli kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin işğaldan azad olunmuş Kəlbəcər rayonuna səfəri təşkil edilib.

FOTO: Samirə Həsənova

Son xəbərlər

Orphus sistemi