İlqar İsbatov: "Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illər memarlığın inkişaf dövrü olub"

İlqar İsbatov: "Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illər memarlığın inkişaf dövrü olub" Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ölkədə memarlığın inkişaf dövrü olub.
İnfrastruktur
28 dekabr 2023 11:34
İlqar İsbatov: Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illər memarlığın inkişaf dövrü olub

Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ölkədə memarlığın inkişaf dövrü olub.

"Report" xəbər verir ki, bunu Ümummilli Liderin 100 illiyi çərçivəsində memarların mükafatlandırılma mərasimində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov bildirib.

Onun sözlərinə görə, H.Əliyev ölkədə inşa edilən memarlıq nümunələrinin tikintisində birbaşa iştirak edib.

"Bu gün onun yolunu Prezident İlham Əliyev davam etdirir. Həm Bakıda, həm də regionlarda müasir memarlıq nümunələri inşa edilir. Torpaqlarımızın işğaldan azad edilməsi ilə Azərbaycan yeni mərhələyə qədəm qoyub. Həmin ərazilərdə İ.Əliyevin rəhbərliyi ilə müasir quruculuq işlərinin şahidi oluruq. Həmin quruculuq işlərinə həm yerli, həm də beynəlxalq mütəxəssislər cəlb edilib", - deyə sədr müavini əlavə edib.

Son xəbərlər

Orphus sistemi