​İcraçı direktor: "Embraer təyyarələrinin istifadəsi AZAL şirkətinə marşrut şəbəkəsinin genişləndirilməsinə imkan verəcək"

​İcraçı direktor: "Embraer təyyarələrinin istifadəsi AZAL şirkətinə marşrut şəbəkəsinin genişləndirilməsinə imkan verəcək" "Bizimlə AZAL arasında qarşılıqlı hörmətə əsaslanan səmərəli əməkdaşlıq qurulub"
İnfrastruktur
8 Avqust , 2015 13:35
​İcraçı direktor: Embraer təyyarələrinin istifadəsi AZAL şirkətinə marşrut şəbəkəsinin genişləndirilməsinə imkan verəcək

Bakı. 8 avqust. REPORT.AZ/ "Embraer təyyarələrini öz aviaparkına daxil etdiyi vaxtdan bizimlə AZAL arasında qarşılıqlı hörmətə əsaslanan səmərəli əməkdaşlıq qurulub".

Bu barədə "Report"a Braziliyanın Embraer təyyarələrini istehsal edən şirkətin icraçı direktoru Paulo Sesar Silva bildirib.

Onun sözlərinə görə, iki şirkət arasında əlaqələr hələ AZAL bu şirkətdən təyyarələri almağa başlamazdan əvvəl qurulub: "O vaxta qədər biz AZAL rəhbərliyi ilə bu şirkətin tələblərinin öyrənilməsi və Embraer təyyarələrinin AZAL marşrut şəbəkəsində necə istifadə oluna biləcəyi ilə bağlı işlər aparmışıq".

P.S.Silva qeyd edib ki, Braziliya təyyarələrinin şirkətin aviaparkanıda istifadəsi Azərbaycan hava daşıyıcısı AZAL-a bilet qiymətlərini əhəmiyyətli dərəcədə aşağı salmaq, marşrut şəbəkəsini genişləndirmək və özünün bazardakı mövqelərini qorumaq imkanı verəcək.

Qeyd edək ki, AZAL-ın aviaparkında E-190 tipli 106 yerlik dörd və E- 170 tipli 76 nəfərlik iki təyyarə var.

AZAL iki E-190 təyyarəsinin yaxın müddətdə Bakıya çatdırılmasını gözləyir. Sazişin ümumi dəyəri 180 mln. dollar təşkil edir. Təyyarələrin alınması aviaparkın yenilənməsi və köhnə təyyarələrin istifadədən çıxarılması ilə bağlıdır.

Avqustun 1-də AZAL Moskva, Dubay, Antalya və İstanbul kimi şəhərlərə bir sıra ucuz reyslərin açılmasını bildirib. Bu istiqamətlərdə uçuşların həyata keçirilməsinə Embraer təyyarələri cəlb olunacaq. 

Son xəbərlər

Orphus sistemi