​İstanbuldan Bakıya olan aviareyslər ləğv edilib

​İstanbuldan Bakıya olan aviareyslər ləğv edilib Buna pis hava şəraiti səbəb olub
İnfrastruktur
19 Fevral , 2015 06:33
​İstanbuldan Bakıya olan aviareyslər ləğv edilib

Bakı. 19 fevral. REPORT.AZ/ Türkiyədə hava şəraitinin kəskin pisləşməsi, güclü qar yağması səbəbindən təqribən 800-ə yaxın aviareys ləğv edilib.

Azərbaycan Hava Yollarından (AZAL) "Report"a verilən məlumata görə, İstanbuldan Bakıya olan iki aviareysdən biri ləğv edilib, digəri haqqında isə məlumat yoxdur.

Təyyarələrdən biri Bakı vaxtı ilə 03:45-də, digəri isə 05:10-da (Turkish Airlines) İstanbuldan havaya qalxmalı idi.

"Report" Türkiyənin Atatürk Hava Limanının uçuş cədvəlinə istinadən xəbər verir ki, fevralın 20-də Bakı vaxtı ilə saat 08:05-ə olan iki reys (Turkish Airlines və Egypt Air) də ləğv edilib.

Son xəbərlər

Orphus sistemi