​İsmayıllıda “Kütləvi çıxarış” kampaniyası keçirilib

​İsmayıllıda “Kütləvi çıxarış” kampaniyası keçirilib Kampaniyada 80-ə yaxın kənd sakininə dövlət reyestrindən çıxarış verilib
İnfrastruktur
9 Dekabr , 2015 15:43
​İsmayıllıda “Kütləvi çıxarış” kampaniyası keçirilib

Bakı. 9 dekabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi “Kütləvi çıxarış” kampaniyasını bu gün İsmayıllı rayonunda keçirib. “Report” Komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, kampaniyada əvvəllər müxtəlif qurumlar tərəfindən verilmiş qeydiyyat vəsiqələri, aktlar, şəhadətnamələr, əmrlər və digər mülkiyyət sənədləri əsasında kütləvi şəkildə çıxarışlar təqdim olunub. Bildirilir ki, İsmayıllı rayonunun bir neçə kəndində baş tutan kampaniyada 80-ə yaxın kənd sakininə dövlət reyestrindən çıxarış verilib, 30-a yaxın vətəndaşdan isə ilkin mülkiyyət sənədi qəbul edilib.

Kampaniyanın əsas məqsədi qeydiyyat xidmətlərini vətəndaşlara birbaşa yerlərdə çatdırmaqla bu xidmətlərdən daha geniş əhali kütləsinin səmərəli istifadəsini təmin etməkdir.

Qeyd edək ki, kampaniya regionlarla yanaşı, artıq Bakı şəhərində də keçirilir. Paytaxtda yerləşən çoxmərtəbəli binalardakı mənzil sahibləri də kampaniyadan faydalana bilir. Kampaniya indiyədək Bakının Səbail, Sabunçu və Xətai rayonlarında baş tutub.

Son xəbərlər

Orphus sistemi