İran Fars körfəzi ilə Qara dəniz arasında dəhlizin yaradılmasını təklif edir

İran Fars körfəzi ilə Qara dəniz arasında dəhlizin yaradılmasını təklif edir Layihənin həyata keçirilməsi üçün region ölkələrinin əməkdaşlığı zəruridir
İnfrastruktur
18 Aprel , 2017 13:12
İran Fars körfəzi ilə Qara dəniz arasında dəhlizin yaradılmasını təklif edir

Bakı. 18 aprel. REPORT.AZ/ "Fars körfəzi ilə Qara dəniz arasında dəhliz yaradılarsa, bu, nəqliyyat xərclərini aşağı salacaq". "Report" "Vz.ru" saytına istinadən xəbər verir ki, bu açıqlamanı İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Tbilisidə keçirdiyi mətbuat konfransında verib.

Nazir bildirib ki, bu ideyanın həyata keçirilməsi üçün "Gürcüstan, İran, Ermənistan və Azərbaycanın əməkdaşlığı zəruridir".

Nazir həmçinin bu həftənin sonunda Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin İranı ziyarət edəcəyini xatırladıb və görüşün "tarixi səfər" olacağını qeyd edib.

Son xəbərlər

Orphus sistemi