Bakı. 1 sentyabr. REPORT.AZ / İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayini qəbul edib.
Görüşdə iki ölkə arasındakı iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri, eləcə də bu ilin avqustun 6-da Bakıda keçirilmiş Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclasının yekunlarına dair imzalanmış protokoldan irəli gələn məsələlərin icrası müzakirə edilib.