​İqtisadiyyat və sənaye naziri Şamaxıda vətəndaşları qəbul edəcək

​İqtisadiyyat və sənaye naziri Şamaxıda vətəndaşları qəbul edəcək Qəbula gəlmək istəyənlər nazirliyə müraciət edə bilərlər
İnfrastruktur
17 İyun , 2015 15:30
​İqtisadiyyat və sənaye naziri Şamaxıda vətəndaşları qəbul edəcək

Bakı. 17 iyun. REPORT.AZ/ İyunun 19-da iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Şamaxıda Qobustan, İsmayıllı və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edəcək.

“Report” nazirliyin məlumatına əsasən bildirir ki, vətəndaşların qəbulu 11:00-dan etibarən Şamaxı Olimpiya İdman Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyənlər qeydiyyata alınmaları üçün nazirliyə müraciət edə bilərlər. Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və "Facebook" səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi