"İnzibati orqanların Təsnifatı"na dəyişiklik edilib

"İnzibati orqanların Təsnifatı"na dəyişiklik edilib Nazirlər Kabineti “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli və “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli qərarlarına dəyişikliklər edib.
İnfrastruktur
137
4 Aprel , 2019 01:49
İnzibati orqanların Təsnifatına dəyişiklik edilib

Nazirlər Kabineti “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli və “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli qərarlarına dəyişikliklər edib.

"Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

“Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 6 noyabr tarixli Fərmanının 6.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın II bölməsinin 12.2-ci bəndi (Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu - red) ləğv edilib.

Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”ndan “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu” sözləri çıxarılıb.

Son xəbərlər

Orphus sistemi