​İlham Əliyev: " "Cənub qaz dəhlizi" 2-3 ildən sonra işə düşəcək"

​İlham Əliyev: " "Cənub qaz dəhlizi" 2-3 ildən sonra işə düşəcək" "Biz irəliyə doğru gedirik, vaxtında çatdıracağıq"
İnfrastruktur
31 Mart , 2016 01:20
​İlham Əliyev:  Cənub qaz dəhlizi 2-3 ildən sonra işə düşəcək

Bakı. 31 mart. REPORT.AZ/ " "Cənub qaz dəhlizi" 2-3 ildən sonra işə düşəcək".

"Report" xəbər verir ki, bunu çərşənbə günü Vaşinqtonda ABŞ dövlət katibi Con Kerri ilə görüşdən öncə Azərbaycan prezidenti İlham Əliyev bildirib.

"Biz ABŞ hökumətinə bu layihənin reallaşdırılmasında göstərdiyi qətiyyətli dəstəyə görə olduqca minnətdarıq. Biz irəliyə doğru gedirik, vaxtında çatdıracağıq, 2-3 ildən sonra "Cənub qaz dəhlizi" istismara veriləcək", - deyə o əlavə edib.

Prezidentin sözlərinə görə, bu layihə onun bütün iştirakçı və istehlakçıları üçün enerji təhlükəsizliyi, "uzunmüddətli mənfəət" və resursların şaxələndirilməsinin təmin olunmasına kömək edəcək.

Qaz dəhlizi Bakıdan İtaliyayadək təqribən 3,5 min km. uzanacaq və Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniya ərazisindən keçəcək.

Son xəbərlər

Orphus sistemi