İki marşrut xətti üzrə avtobuslar yenilənib

İki marşrut xətti üzrə avtobuslar yenilənib Bakı. 10 noyabr. REPORT.AZ/ Bu gün səhər saatlarından 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçirilir.
İnfrastruktur
1810
10 Noyabr , 2018 09:47
İki marşrut xətti üzrə avtobuslar yenilənib

Bakı. 10 noyabr. REPORT.AZ/ Bu gün səhər saatlarından 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçirilir.

“Report” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

O həmçinin qeyd edib ki, Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən, Binə-Sovxoz qəsəbədaxili marşrutu üzrə avtobuslar da yenilənib.

Qeyd edək ki, noyabrın 8-də agentlik məlumat yayıb ki, 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən “Ayşən LTD” MMC ilə bağlanan müqaviləyə xitam verilib.

Qurumun İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən, xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi “Çinar-Trans” MMC-yə həvalə edilib.

Son xəbərlər

Orphus sistemi