Hövsan Yaşayış Kompleksindən hərbi qulluqçulara 803 mənzil ayrılıb

Hövsan Yaşayış Kompleksindən hərbi qulluqçulara 803 mənzil ayrılıb Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) növbəti dövlət sifarişinin reallaşdırılmasına ba
İnfrastruktur
22 İyul , 2020 10:34
Hövsan Yaşayış Kompleksindən hərbi qulluqçulara 803 mənzil ayrılıb

Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) növbəti dövlət sifarişinin reallaşdırılmasına başlayıb.

Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, dövlət başçısının “Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış Komissiyanın müraciətinə əsasən MİDA-nın Hövsan Yaşayış Kompleksindəki 2 962 mənzilindən 803-ü hərbi qulluqçular üçün ayrılıb. Həmin mənzillərdən 8-i 1 otaqlı, 22-si 2 otaqlı, 472-si 3 otaqlı, 301-i isə 4 otaqlıdır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli və kombi isitmə sistemi ilə təmin edilib.

MİDA indiyə qədər dövlət sifarişi əsasında Yasamal Yaşayış Kompleksindən 21 mənzil, Hövsan Yaşayış Kompleksindən isə ümumilikdə 1 112 mənzil ayırıb. 

Son xəbərlər

Orphus sistemi