Hövsanda su xətti zədələnib

Hövsanda su xətti zədələnib Bakının Hövsan qəsəbəsində su kəsilib
İnfrastruktur
6 İyul , 2020 17:31
Hövsanda su xətti zədələnib

Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində qaz xətti çəkən şirkət ərazini içməli su ilə təmin edən magistral su xəttini zədələyib.

Bu barədə "Report"a "Azərsu" ASC-dən bildirilib. 

Məlumata görə, hadisə nəticəsində Hövsan qəsəbəsinin bir hissəsinə (əsasən kənd Hövsan) içməli suyun verilməsi dayandırılıb. 

Hazırda qəza xidməti təmir işləri aparır. Təmir işləri başa çatdıqdan sonra suyun verilişi bərpa olunacaq.

Son xəbərlər

Orphus sistemi