Horadiz-Ağbənd dəmir yolu xəttində infrastruktur işlərinə başlanılıb

Horadiz-Ağbənd dəmir yolu xəttində infrastruktur işlərinə başlanılıb Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəisi Natəvan Bayramova bildirib
İnfrastruktur
536
18 May , 2021 11:59
Horadiz-Ağbənd dəmir yolu xəttində infrastruktur işlərinə başlanılıb
Natəvan Bayramova

“Azərbaycan Dəmir Yolları” QSC Horadiz-Ağbənd dəmir yolu xəttində infrastuktur işlərinə başlayıb.

“Report” xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəisi Natəvan Bayramova bildirib.

Onun sözlərinə görə, bu işlərin Bərdə-Ağdam dəmir yolu xətti ilə bağlı da həyata keçirilməsi nəzərdə tutulub.

“Sözügedən ərazilər uzun illər boyu istismara yararsız hala salınıb, törədilmiş vandalizm aktları qarşısında bu, çox yumşaqdır. Hətta Ağdam-Bərdə istiqamətində minadan təmizlənmiş ərazilərdə dəmiryol yatağının olması bilinmir”, - deyə o, qeyd edib.

Xatırladaq ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini bu il fevralın 15-də qoyulub. Uzunluğu 100 km olacaq bu infrasturktur layihəsi işğaldan azad olunmuş torpaqlara gediş-gəlişdə mühüm rol oynayacaq və ən vacibi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılmasına imkan verəcək.

Son xəbərlər

Orphus sistemi