Hökməli-Qobu-Güzdək avtomobil yolu təmir olunur

Hökməli-Qobu-Güzdək avtomobil yolu təmir olunur Qrunt sularının kənarlaşdırılması üçün ərazidə təqribən 1 km uzunluğunda drenaj sistem yaradılıb
İnfrastruktur
27 İyul , 2016 12:58
Hökməli-Qobu-Güzdək avtomobil yolu təmir olunur

Bakı. 27 iyul. REPORT.AZ/ Bakıda Hökməli-Qobu-Güzdək avtomobil yolunun təmiri işləri aparılır. Avtomobil yolunun uzunluğu 11 km, ortalama eni isə 9,5 metrdir. Yolun 2 km-i Hökməli, 3 km-i Qobu və 6 km-i Güzdək qəsəbələrinin ərazisinə düşür. Bu, "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumatda bildirilib.

Hökməli istiqamətindən start verilən təmir-tikinti işləri zamanı yolun 1,5 km-lik hissəsi əsaslı şəkildə təmir olunur, 9,5 km-lik hissəsində isə orta təmir işləri aparılır.

Orta təmir zamanı yolun qabarmış və dağılmış asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınır. Bunun əvəzinə yolun hərəkət hissəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq.

Əsaslı şəkildə aparılan təmir işləri zamanı isə yol əsasının yararsız torpaq qatı qazılaraq çıxarılıb, daha sonra karbonat materialı tökülərək yenidən kipləşdirilib. Qrunt sularının kənarlaşdırılması üçün ərazidə təqribən 1 km uzunluğunda drenaj sistem yaradılıb.

Hazırda əsaslı şəkildə təmir işlərinin aparıldığı 1,5 km-lik ərazidə yolun hərəkət hissəsinə ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir.

Təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Son xəbərlər

Orphus sistemi