İlk xəbər saat 16:14-də verilib
Bakı. 24 avqust. REPORT.AZ/ Bir qədər əvvəl Bakının Nizami rayonunda, Heydər Əliyev prospektində ağır yol nəqliyyat hadisəsi baş verib.
"Report" Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, metronun "Koroğlu" stansiyası istiqamətində əsas yolda "Toyota Prado" markalı nəqliyyat vasitəsi aşıb.
"Hazırda prospektin həmin hissəsində sıxlıq müşahidə edilir", - deyə məlumatda əlavə edilib.
***
Heydər Əliyev prospektində baş vermiş yol qəzasının nəticələri artıq aradan qaldırılıb. Nəqliyyat vasitələrinin normal hərəkəti bərpa edilib.