Bakı. 21 oktyabr.REPORT.AZ/ Bakının Heydər Əliyev prospektinin Ələsgər Qayıbov küçəsi ilə kəsişməsinin yaxınlığında (Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) inzibati binasının qarşısında) yolun 1 hərəkət zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Məlumata görə, yolun bağlanması ərazidə aparılan təmir işləri ilə əlaqədardır.