Bakıda avtomobil qadını vuraraq öldürüb

Bakıda avtomobil qadını vuraraq öldürüb Hazırda Bakıda Heydər Əliyev prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Hadisə
28 Fevral , 2022 16:44
Bakıda avtomobil qadını vuraraq öldürüb

Bakıda avtomobil qadını vuraraq öldürüb.

Bunu “Report”a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polis (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.

O bildirib ki, Heydər Əliyev prospektində qeydə alınan qəza zamanı qadın dünyasını dəyişib: "Hazırda əraziyə Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. İstintaq əməliyyatları aparılır. Ölənin şəxsiyyəti müəyyənləşdirilir".

16.16

Hazırda Bakıda Heydər Əliyev prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən (BNA) "Report"a verilən məlumata görə, sıxlığın səbəbi həmin ərazidə ağır yol-nəqliyyat hadisəsinin baş verməsidir.

Məlumata görə, şəhər mərkəzi və “Koroğlu” metrostansiyası istiqamətində əsas və köməkçi yollarda avtomobillərin hərəkəti çətinləşib.

Hadisə ilə əlaqədar, "ASK Arena"dan “Koroğlu” metrostansiyası istiqamətində zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb.

Son xəbərlər

Orphus sistemi