Heydər Əliyev Beynəlxalq Aeroportunda musiqili fleşmob keçirilib

Heydər Əliyev Beynəlxalq Aeroportunda musiqili fleşmob keçirilib Azərbaycan Mülki Aviasiyasının 85 illiyi münasibətilə Heydər Əliyev Beynəlxalq Aeroportunda qeyri-adi fleşmob keçirilib.
İnfrastruktur
3 İyun , 2023 14:08
Heydər Əliyev Beynəlxalq Aeroportunda musiqili fleşmob keçirilib

Azərbaycan Mülki Aviasiyasının 85 illiyi münasibətilə Heydər Əliyev Beynəlxalq Aeroportunda qeyri-adi fleşmob keçirilib.

"Report" bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, mülki aviasiya üçün əlamətdar olan bu gündə sərnişinlərə xüsusi sürpriz - gözəl musiqi və yay əhval-ruhiyyəsi təqdim edilib. Beynəlxalq reyslərin sərnişinləri maraqlı musiqi proqramı ilə qarşılanıb. Fleşmob hər kəsə mülki aviasiyanın ölkə üçün əhəmiyyətini xatırladan parlaq bir hadisə olub.

Xatırladaq ki, iyulun 2-də Azərbaycan Mülki Aviasiyası yaranmasının 85 illiyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi