Hacıqabulda 5 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur - VİDEO

Hacıqabulda 5 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur - VİDEO Hazırda avtomobil yolunda torpaq işləri aparılır, yol yatağı inşa olunur
İnfrastruktur
1 Aprel , 2017 10:35
Hacıqabulda 5 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur - VİDEO
Azeravtoyol.gov.az

Bakı. 1 aprel. REPORT.AZ/ Bu il yenidən qurulması nəzərdə tutulan 40 kənd və qəsəbələrarası avtomobil yolları layihələri çərçivəsində “Azəravtoyol” ASC tərəfindən Hacıqabul rayonu, Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi işlərinə start verilib. 

ASC-dən “Report”a verilən məlumata görə, layihə çərçivəsində hazırda sözügedən avtomobil yolunda torpaq işləri aparılır, yol yatağı inşa olunur. 

Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirmə işləri görülür. Yol geyiminin əsasının tikintisi işləri qum-çınqıl və optimal qırmadaş qarışığından aparılır. Çınqıl örtüklü olan yol vətəndaşların gediş-gəlişində xüsusilə  payız-qış mövsümündə müəyyən problemlər yaradırdı. Ancaq yolun yenidən qurulması ilə yaranan problemlər köklü şəkildə həll olunacaq.

Uzunluğu 51,5 km olan yol 4-cü texniki dərəcəyə uyğun inşa olunur. Tikinti işləri çərçivəsində yolun çiyinlərinin hər bir istiqamət üzrə eni 2 metr, 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni isə 6 metr təşkil edəcək. Yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək. Ümumilikdə isə 300 min kvadratmetr ərazinin asfaltlanması işləri aparılacaq.

Yenidən qurulan avtomobil yolunda hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə 290 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, 145 km uzunluğunda xətlənmə işləri aparılacaq və təhlükəsizlik dirəkləri quraşdırılacaq. Eyni zamanda suların ötürülməsi üçün15 yerdə ümumi uzunluğu 300 metr və 1 metr diametrində olan dəmir-beton borular da quraşdırılacaq.

Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun aparılıb. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Hacıqabul rayonu, Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi 5 yaşayış məntəqəsinin 18.7 min əhalinin gediş-gəlişini xeyli yaxşılaşdıracaq, vətəndaşların yetişdirdikləri məhsulları bazarlara daşımasını asanlaşdırmaqla sözügedən ərazidə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.

Son xəbərlər

Orphus sistemi