Tağıyev qəsəbəsi - Sumqayıt avtomobil yolu genişləndirilir

Tağıyev qəsəbəsi - Sumqayıt avtomobil yolu genişləndirilir Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolunu genişləndirir.
İnfrastruktur
14 Dekabr , 2021 13:51
Tağıyev qəsəbəsi - Sumqayıt avtomobil yolu genişləndirilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolunu genişləndirir.

Bu barədə "Report"a Agentlikdən bildirilib.

Məlumata görə, avtomobil yolunun 4 zolağa genişləndirilən hissəsinin uzunluğu 13,7 km təşkil edir. Tikinti işləri nəticəsində yolun mövcud eni 15 m-dən 23-25 m-ə, hərəkət hissəsinin eni isə 7-10 m-dən 15 m-ə qədər genişləndiriləcək.

Artıq marşrut boyu mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, yeni torpaq yatağının inşası işləri sürətlə davam etdirilir.

Yolun 8 km-lik hissəsində yeni yol əsasının alt qatının tikintisi tamamlanıb. Hazırda zəruri materialdan istifadə olunmaqla, yol əsasının alt qatı hazır olan hissələrdə əsasın üst qatı inşa edilir, ardınca isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Layihə üzrə nəzərdə tutulan və yolun 8-ci km-də layihələndirilən bir aşırımlı körpünün kənar dayaqlarının inşası da yekunlaşıb.

Hazırda yolun digər hissəsində genişləndirilmə ilə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi işləri aparılır.

Son xəbərlər

Orphus sistemi