Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə gedən yolda piyada keçidi inşa edilir

Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə gedən yolda piyada keçidi inşa edilir Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AYYDA) respublika əhəmiyyətli Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolunun 3,84-ci kilometrində yerüstü piyada keçidi inşa edir.
İnfrastruktur
24 Yanvar , 2022 16:41
Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə gedən yolda piyada keçidi inşa edilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AYYDA) respublika əhəmiyyətli Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolunun 3,84-ci kilometrində yerüstü piyada keçidi inşa edir.

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, piyada keçidinin uzunluğu 30, eni isə 3,5 metrdir. Sözügedən yolun 4,59 və 8,76-cı kilometrlik hissələrində də daha iki bu cür piyada keçidinin inşası nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi