Gürcüstanlı nazir: “BTQ il yarım ərzində tam istismara veriləcək”

Gürcüstanlı nazir: “BTQ il yarım ərzində tam istismara veriləcək” Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin il yarım ərzində tam istismara verilməsi gözlənilir.
İnfrastruktur
28 Yanvar , 2020 13:15
Gürcüstanlı nazir: “BTQ il yarım ərzində tam istismara veriləcək”

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin il yarım ərzində tam istismara verilməsi gözlənilir. 

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natia Turnava məlumat verib. 

"Hazırda dəmir yolu xətti ilə yük daşımaları sınaq mərhələsində - test rejimində həyata keçirilir və bu, çox vacibdir. BTQ-nin il yarım ərzində tam istismara veriləcəyini gözləyirik", - o deyib. 

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi