Gürcüstanın Acarıstan ərazisindəki magistral qaz kəmərindəki qəzanın nəticələri tam aradan qaldırılıb

Gürcüstanın Acarıstan ərazisindəki magistral qaz kəmərindəki qəzanın nəticələri tam aradan qaldırılıb Abonentlərin hamısına təbii qazın verilməsi bərpa olunub
İnfrastruktur
2017
17 Dekabr , 2016 15:03
Gürcüstanın Acarıstan ərazisindəki magistral qaz kəmərindəki qəzanın nəticələri tam aradan qaldırılıb

Tbilisi. 17 dekabr. REPORT.AZ/ Acarıstan Muxtar Respublikasının ərazisindən keçən magistral qaz kəmərində yaranmış problem tam aradan qaldırılıb. Qəza nəticəsində Batimi və Xelvaçauri bölgələrində “mavi yanacaq"sız qalmış 50 minə yaxın abonentin hamısına təbii qazın verilməsi bərpa olunub.

Bu fikirləri “Report”a “SOCAR Georgia Gas” şirkətinin Batumi üzrə nümayəndəsi David Likişvili söyləyib.

Onun sözlərinə görə, texniki səbəblərdən baş vermiş qəzanın nəticələri tam aradan qaldırlıb, magistral kəmər qazla doldurulub, abonentlərin hamısına təbii qazın verilməsi bərpa olunub.

Qeyd edək ki, dekabrın 15-dən 16-na keçən gecə Acarıstan ərazisində magistral qaz kəmərində təmir işləri aparılan zaman kiçik qəza baş vermişdi. Nəticədə Batumi və Xelvaçauri bölgələrində 50 minə yaxın abonentin qaz təchizatı dayandırılmışdı.

Son xəbərlər

Orphus sistemi