Gürcüstanda problemli yolun inşasını Azərbaycan şirkəti həyata keçirə bilər

Gürcüstanda problemli yolun inşasını Azərbaycan şirkəti həyata keçirə bilər Tbilisi. 26 oktyabr. REPORT.AZ/ Azərbaycanın “Akkord” şirkəti Gürcüstanda Samtredia-Qriqoleti yol hissəsinin inşasını həyata keçirə bilər.
İnfrastruktur
26 Oktyabr , 2018 15:30
Gürcüstanda problemli yolun inşasını Azərbaycan şirkəti həyata keçirə bilər
0 : 00
0 : 00

Tbilisi. 26 oktyabr. REPORT.AZ/ Azərbaycanın “Akkord” şirkəti Gürcüstanda Samtredia-Qriqoleti yol hissəsinin inşasını həyata keçirə bilər.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin birinci müavini, Yollar Departamentinin sədri İrakli Karseladze bildirib.

O deyib ki, “Akkord” şirkəti noyabr ayının 1-nə qədər bank zəmanəti təqdim etsə, o zaman müqavilə imzalanacaq: “Azərbaycan şirkəti Ukrayna şirkətinin yerinə yol tikintisi üzrə işləri həyata keçirəcək”.

Xatırladaq ki, yolun birinci hissəsinin inşası ilə bağlı çətiniklər yaranıb. Bildiyiniz kimi, Ukrayna şirkəti ilə imzalanmış müqavilə birtərəfli qaydada dayandırılıb və bununla bağlı istintaq aparılır. 

Qeyd edək ki, yolun inşası ilə bağlı müqavilənin təxmini dəyəri 89 mln. lari təşkil edir. Tikinti şirkəti bu məbləğə 11,5 kilometr olan yol hissəsini inşa etməlidir. Layihədə 4 zolaqlı asfalt-beton yol, 8 körpü və 27 süni qurğunun tikintisi nəzərdə tutulub.

51,5 kilometrlik Samtredia-Qriqoleti yolu magistralın əsas hissəsi olsa da, olduqca problemlidir. 

Son xəbərlər

Orphus sistemi