Gürcüstana Türkmənistandan əlavə yüklər cəlb ediləcək

Gürcüstana Türkmənistandan əlavə yüklər cəlb ediləcək “Türkmənistan Gürcüstan dəhlizindən istifadədə maraqlıdır və bu, bir neçə milyon ton əlavə yük axınını cəlb etməklə yük dövriyyəsini artırmağa imkan verəcək”.
İnfrastruktur
20 İyul , 2022 14:19
Gürcüstana Türkmənistandan əlavə yüklər cəlb ediləcək
Levan Davitaşvili

“Türkmənistan Gürcüstan dəhlizindən istifadədə maraqlıdır və bu, bir neçə milyon ton əlavə yük axınını cəlb etməklə yük dövriyyəsini artırmağa imkan verəcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili deyib.

Nazirin sözlərinə görə, Türkmənistan Gürcüstanın ən vacib ticari tərəfdaşlarından biridir: “İkitərəfli görüşlərdə biz iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq istiqamətlərini müzakirə etdik. Həmçinin nəqliyyat sahəsində əməkdaşlıq haqqında saziş imzalandı. Sazişə əsasən, Aşqabadla birbaşa reyslər həyata keçiriləcək və bu da iqtisadi münasibətlərin dərinləşməsinə imkan verəcək”.

L.Davitaşvili qeyd edib ki, böyük kimya sənayesinə malik Türkmənistan Gürcüstan dəhlizinin istifadəsinə maraq ifadə edib: “Türkmənistan öz məhsullarını Gürcüstanın nəqliyyat-loqistika infrastrukturunun istifadəsi ilə ixrac etməkdə maraqlıdır. Bununla bağlı razılıq əldə olunub və ümid edirəm ki, yaxın zamanlarda Türkmənistandan Gürcüstana əlavə yüklər cəlb olunacaq”.

Nazir Türkmənistanla energetika sahəsində də əməkdaşlığın müzakirə olunduğunu bildirib: “Bu gün Türkmənistan Gürcüstana neft və neft məhsulları göndərir. Burada söhbət ucuz enerji resurslarından gedir. Bu məsələ ilə bağlı həmkarlarımızla gələcəkdə birgə iş aparılacaq”.

Son xəbərlər

Orphus sistemi