Gürcüstan üzərindən yük daşımaları artıb

Gürcüstan üzərindən yük daşımaları artıb 2020-ci ildə Gürcüstan ərazisi ilə 42,9 milyon ton yük daşınması həyata keçirilib.
İnfrastruktur
11 Fevral , 2021 12:14
Gürcüstan üzərindən yük daşımaları artıb

2020-ci ildə Gürcüstan ərazisi ilə 42,9 milyon ton yük daşınması həyata keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin hesabatında bildirilib.

Sənədə əsasən, illik müqayisədə yüklərin həcmi 0,6 milyon ton artıb.

Yüklərin böyük hissəsi 31,8 milyon ton olmaqla avtomobil yolları ilə daşınıb.

Ötən il Gürcüstanın dəmir yolları ilə yük daşımalarının həcmində artım qeydə alınıb. Belə ki, 11,1 milyon ton yük nəql olunub ki, bu da 2019-cu ilin eyni göstəricisindən 0,2 milyon ton çoxdur.

Hava nəqliyyatı ilə daşınan yüklərin həcmi isə illik müqayisədə 5,3 milyon ton azalaraq 19,6 milyon ton təşkil edib.

Hesabat ilində qonşu ölkənin Batumi və Poti limanlarında 490 370 ədəd TEU konteyneri emal olunub ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 157 446 ədəd azdır.

Son xəbərlər

Orphus sistemi