​​​​​​​Gürcüstan Qazaxıstanla BTQ-dən istifadəni müzakirə edib

​​​​​​​Gürcüstan Qazaxıstanla BTQ-dən istifadəni müzakirə edib “Gürcüstan Dəmir Yolları” SC-nin Baş direktoru David Peradze “Qazaxıstan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayevlə görüşüb.
İnfrastruktur
27 Aprel , 2022 09:09
​​​​​​​Gürcüstan Qazaxıstanla BTQ-dən istifadəni müzakirə edib

“Gürcüstan Dəmir Yolları” SC-nin Baş direktoru David Peradze “Qazaxıstan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayevlə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, tərəflər Orta Dəhlizə əlavə yüklərin cəlb olunması, rəqabət qabiliyyətli tariflərin hazırlanması, dəhlizin inkişafı və mövcud reallıqlar fonunda yeni çağırışları müzakirə ediblər.

Görüşdə tranzit-nəqliyyat əlaqələrinin inkişafı və mövcud marşrutların təkmilləşdirilməsi üçün optimal qərarlar qəbul etmək barədə razılığa gəlinib. Qeyd olunub ki, dəhlizdə şəffaf tarif siyasəti, yüklərin bəyan edilməsi və tranzit yüklərin konsolidasiyası istiqamətində işlər artıq aparılır.

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu dəhlizinin istifadəsi məsələsini də müzakirə edən tərəflər bildiriblər ki, bu da öz növbəsində Orta Dəhlizdə multimodal yük daşımalarına imkan yaradacaq.

Son xəbərlər

Orphus sistemi