Gürcüstan-Azərbaycan tranzit dəhlizində yeni yolun inşası bu il başlayacaq

Gürcüstan-Azərbaycan tranzit dəhlizində yeni yolun inşası bu il başlayacaq Tenderin bu ilin noyabr-dekabr aylarında elan olunacağı nəzərdə tutulur
İnfrastruktur
17 Fevral , 2021 17:07
Gürcüstan-Azərbaycan tranzit dəhlizində yeni yolun inşası bu il başlayacaq

Gürcüstanın Kaxeti bölgəsində 35 kilometrlik Tbilisi-Saqareco yolunun inşasına bu il başlanılacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili parlamentdə “nazir saatı” formatında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, yeni yolun inşası Gürcüstanın iqtsadi inkişafını sürətləndirəcək.

Nazir Tbilisi-Saqareco avtomagistralının inşasının dövlət büdcəsindən maliyyələşdiriləcəyini deyib: “Yolun konkret hissələrinin tikintisi ilə bağlı keçiriləcək tenderdə gürcü şirkətləri də iştirak edə biləcək”.

Tenderin bu ilin noyabr-dekabr aylarında elan olunacağı nəzərdə tutulur.

Dörd zolaqlı Tbilisi-Saqareco yolu Gürcüstan-Azərbaycan tranzit dəhlizi üzərində yerləşir. Yol hissəsinin tikintisi ilə dəhliz vasitəsilə hərəkətin təhlükəsizliyi artacaq və səyahət müddəti əhəmiyyətli dərəcədə qısalacaq.

Son xəbərlər

Orphus sistemi