GUAM ölkələri arasında gömrük yoxlanışı nəticələrinin qarşılıqlı tanınmasına dair protokolun imzalanması ləngiyir

GUAM ölkələri arasında gömrük yoxlanışı nəticələrinin qarşılıqlı tanınmasına dair protokolun imzalanması ləngiyir Bu protokolla bağlı müzakirələr gömrük xidməti rəhbərlərinin görüşündə müzakirə ediləcək
İnfrastruktur
8 Sentyabr , 2015 14:44
GUAM ölkələri arasında gömrük yoxlanışı nəticələrinin qarşılıqlı tanınmasına dair protokolun imzalanması ləngiyir

Bakı. 8 sentyabr. REPORT.AZ/ GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) ölkələri arasında gömrük yoxlanışının nəticələrinin qarşılıqlı qaydada tanınması ilə bağlı hazırlanan protokol layihəsinin imzalanma tarixi dəqiq məlum deyil. "Report" xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

A.Əliyevin sözlərinə görə, qeyd edilən protokolla bağlı müzakirələr gömrük xidməti rəhbərlərinin görüşündə müzakirə ediləcək: "Sənədin qəbul edilməsi GUAM ölkələrinin gömrük xidmətləri rəhbərlərinin görüşündə bəlli olacaq. Görüşün vaxtı isə hələ dəqiq bilinmir. Adətən, belə görüşlər ildə bir dəfə keçirilir, lakin, əgər problemlər yaranırsa, ildə iki dəfə də görüş keçirilə bilər".

Son xəbərlər

Orphus sistemi