"Gənclik" metrostansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək

"Gənclik" metrostansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək Sabah Azərbaycan milli futbol komandasının AVRO-2024-ün seçmə qrup mərhələsi çərçivəsində İsveç yığması ilə keçirəcəyi oyunla əlaqədar Bakı metropoliteninin “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək.
İnfrastruktur
15 noyabr 2023 11:18
Gənclik metrostansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək
google.az

Sabah Azərbaycan milli futbol komandasının AVRO-2024-ün seçmə qrup mərhələsi çərçivəsində İsveç yığması ilə keçirəcəyi oyunla əlaqədar Bakının “Gənclik” metrostansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək.

Bu barədə "Report"a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Qeyd edilib ki, azarkeşlərin Tofiq Bəhramov adına Respublika stadionuna gediş-gəlişini asanlaşdırmaq, o cümlədən səmti rahat müəyyənləşdirə bilmələri üçün oyunun başlanma saatları ərəfəsində stansiyada növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq.

Qatarların hərəkəti iş günü ərzində adi iş rejiminə uyğun tənzimlənəcək. Bununla belə, gün ərzində nəzarət mexanizmləri tətbiq olunacaq, xüsusən metro istifadəçilərinin oyun başa çatdıqdan sonra təhlükəsiz və rahat daşınması üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanmaqla, zərurət yarandığı təqdirdə xəttə buraxılacaq.

“Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri diqqətdə saxlanılacaq.

Son xəbərlər

Orphus sistemi