Gəncənin su və kanalizasiya sistemlərinin yenidən qurulması müzakirə edilib

Gəncənin su və kanalizasiya sistemlərinin yenidən qurulması müzakirə edilib Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovla görüşüb.
İnfrastruktur
3 Avqust , 2022 15:51
Gəncənin su və kanalizasiya sistemlərinin yenidən qurulması müzakirə edilib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovla görüşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, görüşdə Gəncə şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi, layihə çərçivəsində görülən işlər və planlar müzakirə edilib.

İlk növbədə layihə çərçivəsində görülən işlər barədə görüş iştirakçılarına məlumat verilib. Bildirilib ki, şəhərin su təchizatı sisteminin yenidən qurulması üzrə işlərin 43%-i, kanalizasiya sisteminin yenidən qurulması üzrə işlərin isə 40%-i başa çatıb. Gəncə şəhərinin mərkəzləşdirilmiş su təchizatı sisteminin yenidən qurulması zamanı çirkab su təmizləyici qurğu da inşa ediləcək. Bu da çirkab suların müvafiq tələblərə cavab verəcək şəkildə təmizləndikdən sonra texniki su kimi istifadə edilməsinə imkan yaradacaq.

Görüşdə o da bildirilib ki, layihənin icrası zamanı baş verən ləngimələr, şəhərin müxtəlif ərazilərində aparılan qazıntı işlərindən sonra küçələrin asfalt örtüyünün bərpa edilməməsi, müvafiq işlərin görüldüyü bir sıra ərazilərdə asfalt örtüyünün çökməsi əhalinin haqlı narazılığına səbəb olub.

Bu il layihə çərçivəsində işlərin davam etdirilməsi, mövcud çatışmazlıqların mərhələli şəkildə aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi