“Azərsu” ASC Gəncə və Şəki şəhərlərinin bir hissəsində su-kanalizasiya sisteminin yenidən qurulması üzrə iqtisadi planların hazırlanması üçün kotirovka sorğuları elan edib.
“Report” xəbər verir ki, iddiaçılar kotirovka təkliflərini iyunun 25-i, saat 12:00-a qədər səhmdar cəmiyyətinin Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 67 ünvanında yerləşən Təchizat və satınalmaların idarə olunması departamentinin satınalmaların təşkili şöbəsinə təqdim edə bilərlər.
Təkliflərə iyunun 29-da, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.
Layihəni Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankı (KfW) ilə birgə maliyyələşdirir. Məqsəd su-kanalizasiya sisteminin dayanıqlı istismarına və texniki xidmətin təmin edilməsinə nail olmaqdır.