Gəncə-Gürcüstan sərhədi avtomobil yolu genişləndiriləcək

Gəncə-Gürcüstan sərhədi avtomobil yolu genişləndiriləcək Prezident: "Bizim həm digər şəhərlərimizə, həm də sərhədə gedən bu yol indi ikizolaqlıdır, genişləndirildikdən sonra dördzolaqlı olacaq"
İnfrastruktur
10 Noyabr , 2017 18:21
Gəncə-Gürcüstan sərhədi avtomobil yolu genişləndiriləcək

Bakı. 10 noyabr. REPORT.AZ/ "Biz gələn ildən başlayaraq Gəncə-Gürcüstan sərhədi avtomobil yolunu da genişləndirəcəyik". 

"Report"un məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 10-da Gəncə şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. 

Dövlət başçısı bildirib ki, yol infrastrukturunun təkmilləşdirilməsi, müasirləşməsi üçün addımlar atılıb, yenə də atılacaq: "Bakı-Gəncə avtomagistralı dünyanın ən yüksək standartlarına cavab verir, dördzolaqlı gözəl, hamar, sürətli bir yoldur. Biz gələn ildən başlayaraq Gəncə-Gürcüstan sərhədi avtomobil yolunu da genişləndirəcəyik. Bizim həm digər şəhərlərimizə, həm də sərhədə gedən bu yol indi ikizolaqlıdır, genişləndirildikdən sonra dördzolaqlı olacaq".

Son xəbərlər

Orphus sistemi