Gəncə-Böyük Kəsik istiqamətində yeni yoldəyişənlər quraşdırılır

Gəncə-Böyük Kəsik istiqamətində yeni yoldəyişənlər quraşdırılır Dəmir yolunun Gəncə-Böyük Kəsik istiqamətində ümumilikdə 171 yoldəyişən qurğunun qoyulması nəzərdə tutulur.
İnfrastruktur
4 Fevral , 2020 17:42
Gəncə-Böyük Kəsik istiqamətində yeni yoldəyişənlər quraşdırılır

Dəmir yolunun Gəncə-Böyük Kəsik istiqamətində ümumilikdə 171 yoldəyişən qurğunun qoyulması nəzərdə tutulur.

Bu barədə “Report”a “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən bildirilib.

Prosesə ötən ilin avqust ayının əvvəlində başlanılıb və bu günə qədər 119 yoldəyişən təzələnib. Sabah Tovuz stansiyasında daha 6 yoldəyişən təzələnməsi planlaşdırılır. İşi 511 saylı İxtisaslaşmış Dəmir Yolu Müəssisələri icra edir.

Yoldəyişən qurğular dəmir-beton tirlər üzərində qoyulur ki, bu da hərəkətin təhlükəsizliyinin daha yüksək səviyyədə təmin edilməsi baxımından çox əlverişlidir və sürətin artırılmasına imkan verir. Yeni yoldəyişənlər üzərindən hərəkət edən qatarlar bir yoldan digərinə təhlükəsiz şəraitdə keçəcək. 

Son xəbərlər

Orphus sistemi