Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi yaradılıb

Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi yaradılıb Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb
İnfrastruktur
25 Yanvar , 2016 19:06
Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi yaradılıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. 

"Report"un məlumatına görə, sənədlə Gəncə Şəhər İcra Hakimiyyəti yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi yaradılıb.

Müəyyən edilib ki, Gəncə şəhərinin inzibati ərazisində sərnişin daşınmasının inkişaf etdirilməsi, sərnişin daşıyan avtomobil nəqliyyatı subyektləri tərəfindən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına riayət olunmasına nəzarət edilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili və bu sahədə dövlət sifarişinin formalaşdırılması, avtomobil nəqliyyatı ilə sərnişindaşımanın vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməsi Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.

Nazirlər Kabinetinə Gəncə Şəhər İcra Hakimiyyəti yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi işçilərinin say həddi barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, bu fərmanın 1-ci və 2-ci hissələri nəzərə alınmaqla, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti işçilərinin say həddinə bir ay müddətində yenidən baxmaq və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu fərmanın 1-ci hissəsi ilə yaradılan Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin maddi-texniki təminatı məsələlərinin həlli ilə bağlı zəruri tədbirlər görmək, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Gəncə Şəhər İcra Hakimiyyəti bu fərmanın 1-ci hissəsi ilə yaradılan Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasnaməsini Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq etməlidir.

Son xəbərlər

Orphus sistemi