Gəmiçiliyin “Dağıstan” gəmi-bərəsinin modernləşdirilməsi yekunlaşıb

Gəmiçiliyin “Dağıstan” gəmi-bərəsinin modernləşdirilməsi yekunlaşıb Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Dağıstan” gəmi-bərəsi modernləşdirilib.
İnfrastruktur
5 Aprel , 2018 12:51
Gəmiçiliyin “Dağıstan” gəmi-bərəsinin modernləşdirilməsi yekunlaşıb

Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus Dağıstan” gəmi-bərəsi modernləşdirilib.

Qurumdan “Report”a verilən məlumata görə, bərənin modernləşdirilməsi bir il müddətində tam olaraq Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mühəndis-texniki personalı tərəfindən “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda reallaşdırılıb.

Bildirilib ki, modernləşdirmə işlərinin yekununda “Dağıstan” gəmi-bərəsi dəniz sınağından uğurla keçib.

Modernləşdirilmiş “Dağıstan” gəmisi Xəzərdə yeganə bərə operatoru olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin bərə donanmasında yer alıb. Gəminin artıq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə istismarına start verilib.

Uzunluğu 154,5 metr, eni 18,3 metr olan “Dağıstan” gəmisi 1984-cü ildə keçmiş Yuqoslaviyanın (indiki Xorvatiya) Pula şəhərində tikilib.

“Dağıstan” bərəsinin yükgötürmə qabiliyyəti 2 425 tondur. İşlər çərçivəsində bərənin iki avtomobil və bir vaqon göyərtəsi də əsaslı şəkildə təmir olunub və rənglənib. İşıqlandırma sistemləri tamamilə dəyişdirilib.

Son xəbərlər

Orphus sistemi