Gəmiçilik yaxın vaxtlarda Türkmənistan gəmisinin təmirini bitirəcək

Gəmiçilik yaxın vaxtlarda Türkmənistan gəmisinin təmirini bitirəcək Bakı. 6 aprel. REPORT.AZ/ Hazırda Zığ Gəmi Təmiri və Tikintisi Zavodunda təmirə dayanan Türkmənistana məxsus “Berkarar” gəmisinə lazımi texniki dəstək göstərilir və təmir yaxın vaxtlarda uğurla başa çatacaq.
İnfrastruktur
6 Aprel , 2018 17:01
Gəmiçilik yaxın vaxtlarda Türkmənistan gəmisinin təmirini bitirəcək

Bakı. 6 aprel. REPORT.AZ/ Hazırda Zığ Gəmi Təmiri və Tikintisi Zavodunda təmirə dayanan Türkmənistana məxsus “Berkarar” gəmisinə lazımi texniki dəstək göstərilir və təmir yaxın vaxtlarda uğurla başa çatacaq.

“Report”a “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən verilən məlumata görə, bunu qurumun sədri Rauf Vəliyev Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyevlə görüşündə bildirib.

Görüşdə iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə, o cümlədən dənizçilik sahəsində artan dinamika üzrə inkişaf etdiyi qeyd edilib. Görüşdə tranzit yükdaşımalar sahəsində mümkün əməkdaşlıq imkanları ətrafında da fikir mübadiləsi aparılıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin sədri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun uğurlu fəaliyyəti və əhəmiyyəti haqqında da məlumat verib. Bildirib ki, “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinə daxil olan tərəflərin vahid komanda kimi fəaliyyəti artıq bəhrəsini verir.

“Berkarar” gəmisinin təmirində göstərdiyi köməkliyə görə AXDG QSC-nin rəhbərliyinə minnətdarlıq edən səfir ölkəsinin Azərbaycanla gəmiçilik sahəsində əməkdaşlıqda hər zaman maraqlı olduğunu diqqətə çatdırıb.

Bununla belə, görüşdə Gəmiçiliyin Xəzər Dəniz Neft Donanmasına aid gəmilərinin xidmətlərindən istifadə, Azərbaycan Dövlət Dəniz Akademiyasında və onun nəzdində fəaliyyət göstərən dənizçilik sahəsində regionun ən güclü Təlim Tədris Mərkəzində Türkmənistan vətəndaşlarının təhsil və təlim keçməsi məsələləri də müzakirə olunub. 

Son xəbərlər

Orphus sistemi