Gələn il şəhid ailələri üçün 800-dən çox mənzil istifadəyə veriləcək

Gələn il şəhid ailələri üçün 800-dən çox mənzil istifadəyə veriləcək Bakı. 26 dekabr. REPORT.AZ/ 2019-cu ildə ölkəmiz daha da inkişaf edəcək. Həyata keçirdiyimiz islahatların artıq xeyli hissəsi özünü 2019-cu ildə göstərəcək. Biz Azərbaycan iqtisadiyyatının transformasiyası prosesini bitiririk. Buna görə də düşünürəm ki, iqtisadi inkişaf cəhətdən bütün planlar reallaşdırılacaq. Dövlət büdcəsi də artıq qəbul olunub. O, həmişəki kimi sosialyönümlüdür. Buna görə də bütün sosial proqramlar həyata keçiriləcək.
İnfrastruktur
26 Dekabr , 2018 02:50
Gələn il şəhid ailələri üçün 800-dən çox mənzil istifadəyə veriləcək

Bakı. 26 dekabr. REPORT.AZ/ "2019-cu ildə ölkəmiz daha da inkişaf edəcək. Həyata keçirdiyimiz islahatların artıq xeyli hissəsi özünü 2019-cu ildə göstərəcək. Biz Azərbaycan iqtisadiyyatının transformasiyası prosesini bitiririk. Buna görə də düşünürəm ki, iqtisadi inkişaf cəhətdən bütün planlar reallaşdırılacaq. Dövlət büdcəsi də artıq qəbul olunub. O, həmişəki kimi sosialyönümlüdür. Buna görə də bütün sosial proqramlar həyata keçiriləcək".

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsində deyib.

"Biz gələn il məcburi köçkünlər və qaçqınlar üçün 4 mindən çox mənzil, Ermənistanla Azərbaycan arasında müharibə zamanı həlak olanların ailələri üçün 800-dən çox mənzil istifadəyə verməyi də nəzərdə tutmuşuq. Yəni, bizim iqtisadiyyatımızın sosial yönümü çox əhəmiyyətli olacaq", - deyə dövlət başçısı əlavə edib.

Son xəbərlər

Orphus sistemi