Gələn il Bakıda “Gələcəyin limanları: Mərkəzlərin yaradılması, bağlılığın sürətləndirilməsi” konfransı keçiriləcək

Gələn il Bakıda “Gələcəyin limanları: Mərkəzlərin yaradılması, bağlılığın sürətləndirilməsi” konfransı keçiriləcək Bu tədbir MDB məkanında ilk dəfə Azərbaycanda baş tutacaq
İnfrastruktur
15 May , 2017 19:00
Gələn il Bakıda “Gələcəyin limanları: Mərkəzlərin yaradılması, bağlılığın sürətləndirilməsi” konfransı keçiriləcək

Bakı. 15 may. REPORT.AZ/ Gələn il mayın 8-11-də Bakıda “Gələcəyin limanları: Mərkəzlərin yaradılması, bağlılığın sürətləndirilməsi” adı altında konfrans keçiriləcək. 

Bakı Limanından "Report"a verilən məlumata görə, MDB məkanında ilk dəfə Azərbaycanda baş tutacaq tədbirdə dünyanın müxtəlif ölkələrindən minə yaxın beynəlxalq təşkilatın nümayəndəsi, liman rəhbəri, nəqliyyat və logistika sahəsində ixtisaslaşmış ekspertin iştirak etməsi gözlənilir.

Qeyd edək ki, mayın 8-12-də “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nümayəndə heyəti 90-a yaxın ölkədən 300-dən çox liman nümayəndələrini özündə birləşdirən Beynəlxalq Limanlar Assosiasiyasının (International Association of Ports and Harbors - IAPH) Bali şəhərində (İndoneziya) keçirilən illik konfransında iştirak edib. Tədbirə qatılan minə yaxın qonaq Bakı Limanının stendi ilə tanış olub və onun fəaliyyəti, qurulmaqda olan Ələt Azad Ticarət Zonası, Azərbaycanın “hub” konsepsiyası və s. barədə ətraflı məlumatlanıblar. Həmin gün keçirilmiş sessiyada Bakı Limanının baş direktoru Taleh Ziyadov “Azərbaycanın böyük “hub” vizionunun Avrasiyada bağlantıya təsiri” mövzusunda təqdimatla çıxış edib. Konfrans çərçivəsində Bakı Limanı və İndoneziya Liman Korporasiyası arasında anlaşma memorandumu imzalanıb.

Son xəbərlər

Orphus sistemi