Bakı. 7 iyun. REPORT.AZ/ İyunun 17-dən etibarən Trabzon-Bakı-Trabzon aviareysi açılacaq.
“Report” türk mediasına istinadən xəbər verir ki, uçuşları Türkiyənin “Onur Air” şirkəti həyata keçirəcək.
Trabzondan Bakıya uçuş yerli vaxtla saat 01:00-da, Bakıdan Trabzona uçuş isə isə yerli vaxtla saat 04:00-da reallaşacaq.
Türkiyə turizm şirkətlərindən birinin rəsmisi Kadir Baydur deyib ki, Bakı Rusiya və digər türk dövlətlərinə uçuşlar üçün tranzit baxımından sərfəlidir : "Türkiyənin Şərqindəki ölkələr daxil olmaqla Bakı vasitəsi ilə 38 şəhərə uçuşlar həyata keçirmək imkanı var”.