5 iyun - “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı ərəfəsində Gədəbəy Sukanal Sahəsinin yeni inzibati binasının açılışı olub.
“Azərsu” ASC-dən “Report”a verilən məlumata görə, Gədəbəy Sukanal Sahəsinin yeni inzibati binasının açılış mərasimində çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyəti başcısının birinci müavini Natiq Nağıyev qeyd edib ki, ulu öndər
Regional Sukanal İdarəsinin rəisi Darvin Hüseynov bildirib ki, əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsində su təsərrüfatı işçilərinin böyük əməyi vardır. Prezident İlham Əliyevin 14 may 2014-cü il tarixdə imzaladığı sərəncamla iyun ayının 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı təsis edilməsi su təsərrüfatı işçilərinin əməyinə verilən qiymətdir. Respublikanın qərb bölgəsini əhatə edən 8 saylı Regional Sukanal İdarəsinin xidməti ərazisində içməli su təchizatı və kanalizasiya layihələri icra edilib. Ağstafa, Tovuz və Gədəbəy şəhərlərindən içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri başa çatdırılıb. Eyni zamanda Şəmkir şəhərində içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri davam etdirilir, Qazax şəhərində isə yeni layihənin icrasına başlanılıb. Qlobal istiləşmə və quraqlıq nəticəsində bəzi su mənbələrinin məhsuldarlığında baş vermiş dəyişiklikləri nəzərə alaraq Gədəbəy və Tovuz şəhərləri üçün alternativ mənbələrin yaradılması layihələri icra edilib.
Əhaliyə yüksək xidmətin göstərilməsi məqsədilə Gədəbəy Sukanal Sahəsi üçün yeni inzibati bina tikilib. Ümumi sahəsi 220 kvadratmetr olan binada ulu öndər Heydər Əliyev guşəsi yaradılıb, işçi otaqları, İT otağı, iclas zalı, müştərilərin qəbulu üçün hər cür şərait yaradılıb. İnzibati binanın həyətində abadlıq və yaşıllaşdırma işləri aparılıb.


