"Ganja Big Idea Competition" müsabiqəsinin qalibləri bəlli olub

"Ganja Big Idea Competition" müsabiqəsinin qalibləri bəlli olub 10 komandadan 3-ü qalib olub
İnfrastruktur
17 Oktyabr , 2017 20:50
Ganja Big Idea Competition müsabiqəsinin qalibləri bəlli olub

Bakı. 17 oktyabr. REPORT.AZ/ "Azercell Telekom MMC"nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yerli startapların inkişafı üçün hazırladığı layihələr davam edir. 

"Azercell"dən "Report"a daxil olan məlumata görə, mərkəzin ötən ay "PAŞA Bank" və Azərbaycan Texnologiya Universiteti ilə birlikdə Gəncədəki startaplar üçün elan etdiyi "Ganja Big Idea Competition" müsabiqəsinin qalibləri bəlli olub. Gəncədə ilk dəfə təşkil edilən müsabiqəsinin 16 oktyabrda final mərhələsi keçirilib. Finalda 10 komanda iştirak edib. Öz ideyalarını hakim heyətinə təqdim edən komandalar biznes-planla birlikdə 10 dəqiqə ərzində çıxış ediblər. Beləliklə,“Ganja Big Idea Competition" ideya müsabiqəsinin qalibləri: 1-ci yer “BioBone” layihəsi (500 AZN dəyərində hədiyyə kuponu) , 2-ci yer “Sevimli ixtisasım” (300 AZN) və 3-cü yer “HolaDost” (200 AZN) hədiyələrlə mükafatlandırılıblar.

Eyni zamanda müsabiqədə iştirak edən uğurlu layihələrə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi inkubasiya və digər əməkdaşlıq xidmətləri təklif edilib.

Qeyd edək ki,müsabiqəyə sentyabrın 11-də start verilib. "Ganja Big Idea Competition" ideya müsabiqəsinin məqsədi müxtəlif, o cümlədən mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidmət proqramları, korporativ proqram təminatı, yeni biznes modelləri, xidmətlər, robotlar, informasiya texnologiyaları və istehlakçı elektronikası, səhiyyə, kənd təsərrüfatı, IoT, qeyri-neft sektoru, kimya üçün informasiya texnologiyaları sahələrində innovativ ideyaların tapılmasıdır. Müsabiqə eyni zamanda bölgələrdəki tələbələrə öz biznes fikirlərini inkişaf etdirmək və mükafatlar qazanmaq imkanı verib.

Qeyd edək ki, sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə Azercell şirkəti tərəfindən yaradılmış layihədir. Barama, əsasən, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və Startupları dəstəkləyərək onların şirkət kimi formalaşmasına kömək edir. 

Son xəbərlər

Orphus sistemi