Fransa şirkəti Azərbaycanın lokomotiv parkına texniki dəstək verəcək

Fransa şirkəti Azərbaycanın lokomotiv parkına texniki dəstək verəcək Maliyyə naziri Samir Şərifov Azərbaycanda səfərdə olan Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Lo Merinun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
İnfrastruktur
29 İyul , 2019 11:56
Fransa şirkəti Azərbaycanın lokomotiv parkına texniki dəstək verəcək

Maliyyə naziri Samir Şərifov Azərbaycanda səfərdə olan Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Lo Merinun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Report” xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlər müzakirə olunub.

Fransalı nazir deyib ki, Azərbaycan Cənubi Qafqazda ölkəsinin əsas tərəfdaşıdır.

Görüşün yekunu olaraq "Azərbaycan Dəmur Yolları" QSC (ADY) ilə Fransanın “Alstom” şirkəti arasında müqavilə imzalanıb. Sənəd Azərbaycanın lokomotiv parkına texniki dəstəyin göstərilməsini əks etdirir.

Müqaviləni ADY-nin sədri Cavid Qurbanov və “Alstom”un Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan üzrə icraedici direktoru Elşən Zeynalov imzalayıb.

Son xəbərlər

Orphus sistemi