“Formula 1” müddətində Azərbaycana gələnlərin sayı açıqlanıb

“Formula 1” müddətində Azərbaycana gələnlərin sayı açıqlanıb Gələn sərnişinlərin sayı 41 min nəfərdən çox olub
İnfrastruktur
24 İyun , 2016 16:14
“Formula 1” müddətində Azərbaycana gələnlərin sayı açıqlanıb

Bakı. 24 iyun. REPORT.AZ/ “Formula 1”Avropa Qran-Pri yarışına hazırlıq və yarışın keçirilmə müddətində Heydər Əliyev Beynəlxalq Hava Limanı 118 mindən çox sərnişinə və 640-dan çox reysə xidmət göstərib.

Azərbaycan Hava Yolları” (AZAL) mətbuat xidmətindən “Report”a bildirilib ki, gələn sərnişinlərin sayı 41 min nəfərdən çox olub. Eyni zamanda 758 sərnişin ilə 6 çarter reysi yerinə yetirilib.

Bu müddət ərzində 372 sərnişinə xidmət göstərən 99 biznes aviasiya reysi (Business Aviation) yerinə yetirilib.

“Formula 1” yarışının Avropa mərhələsinin iştirakçılarının Bakıya gəlməsinin ən pik günləri iyunun 14-ü və 16-sı olub. Hər gün Heydər Əliyev Beynəlxalq Hava Limanına 6 minə yaxın sərnişin gəlib.

Yarış müddətində “Silk Way West Airlines”, “Cargolux”və “Nippon Cargo Airlines” yük aviaşirkətləri bolid və digər “Formula 1” avadanlıqları ilə 7 çarter və 1 part-çarter reysi yerinə yetirib. Yükdaşımalarının dövriyyəsi 1,6 milyon kiloqramdan çox təşkil edib.

Qeyd edək ki, ən nüfuzlu idman yarışlarının biri - “Formula 1” Avropa Qran-Pri yarışı iyunun 10-dan 22-dək Bakıda keçirilib.

Son xəbərlər

Orphus sistemi