İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkilini davam etdirir.
Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata görə, ötən gün Əmlak Xidmətləri Məkanında növbəti hərrac keçirilib. Füzuli rayonu ərazisində yerləşən “Horadiz” qum-çınqıl yatağının 55 ha sahəsi 5 LOT üzrə hərraca çıxarılıb və 25 ilə qədər müddətə istismara verilib. Hərracla bağlı İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin və Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşlarından ibarət Ekspert Komissiyası yaradılıb.
Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərraclar 12 və 22 iyulda keçiriləcək. 12 iyul tarixində keçiriləcək hərraca (
Yer təkinin istifadəsi ilə bağlı bu il keçirilməyə başlayan hərraclarda 3 faydalı qazıntı yatağı istismara verilib.