“Ərzaq məhsullarının tədarükü və təchizatı” ofis ləvazimatları axtarır

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ofis ləvazimatları axtarır ASC bu məqsədilə kotirovka sorğusu elan edib
İnfrastruktur
31 Yanvar , 2017 09:39
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ofis ləvazimatları axtarır

Bakı. 31 yanvar. REPORT.AZ/ “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC ofis stulları, ərzaq məhsullarının yığılması üçün sökülüb-yığılan metal konstruksiyalı rəflərin və anbarda plastik konstruksiyadan yığılacaq otağın satın alınması məqsədilə kotirovka sorğusu elan edib.

"Report"un məlumatına görə, təkliflər 2 fevral saat 17:00-a qədər Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu,57 ünvanına, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin mərkəzi aparatına təqdim olunmalıdır.

ASC-nin əlaqə telefonu (050) 251 75 10.

Son xəbərlər

Orphus sistemi