Ermənilərin Gəncədə dağıtdığı infrastrukturun bərpasına 3,5 mln manat xərclənəcək

Ermənilərin Gəncədə dağıtdığı infrastrukturun bərpasına 3,5 mln manat xərclənəcək Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış ob
İnfrastruktur
780
12 Mart , 2022 16:08
Ermənilərin Gəncədə dağıtdığı infrastrukturun bərpasına 3,5 mln manat xərclənəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “İnşaat Servis-2” MMC-dir.

Qalib şirkətə 3,5 milyon manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi